""Real" (Madrid) klubu futbol tarixinin növbəti ən bahalı transferini həyata keçirə bilər.
Ötən yay "Tottenhem"dən Qaret Beylin transferi üçün 100 milyon avro xərcləməklə rekord qıran Madrid klubu bu dəfə "Liverpul"un hücumçusu Luis Suarezi heyətinə qatmağı planlaşdırır.
Təxminən bir ay əvvəl "Liverpul"a 85 milyon avroluq təklif göndərən, ancaq müsbət cavab ala bilməyən "Real" bu mövsüm Premyer Liqanın bombardiri olan uruqvaylı oyunçu üçün daha yüksək məbləğdən keçməyi düşünür. "Kral klubu"nin İngiltərə təmsilçisinə 110 milyon avro təklif edəcəyi iddia edilir. Suarez "Real"a transfer olunacağı təqdirdə illik 327 min avro qazanacaq.
Qeyd edək ki, Madrid təmsilçisinin 110 milyonu birdəfəlik ödəmək üçün Morata, Koentrau, Kasilyas, Hedira, Anhel di Mariya və İsko kimi futbolçuları satışa çıxarağı yazılıb.