Müğənni Nadir Qafarzadə son 2 gündür ki, sosial şəbəkələrdə yazdıqlarının saytlar vasitəsilə tirajlanmasına münasibət bildirib.
Aznews.az xəbər verir ki, Nadir "Instagram" səhifəsini bağladıqdan sonra etdiyi paylaşımında oxuculara da kəskin sözlər yazıb: “Deyirəm mən olmasaydım bəzi saytlar necə çörək pulu qazanıb, evlərinə aparardılar. Yazın, yazın, mənim sayəmdə yalanlarla dolu məqalələrinizi savadsız oxucularınız da oxuyub savadlansınlar. Yenə sayəmdə. Bu günlər gündəmi ələ almışam”.
N.Qafarzadə el arasında ona “it oynadan Nadir” deyildiyini xatırladıb: “Hətta sənətdə heç bir şey etməyib kaftar yaşına çatanlar da sayəmdə reklam olunmaq üçün dəridən-qabıqdan çıxırlar. Var ol Nadir, nə yaxşı ki, varsan. Allah məni xarici yox, daxili düşmənlərdən qorusun. Dahi Nadir. Demə, erməni düşmənim deyilmiş, düşmənim öz içimdədir, indi anladım”.
Xatırladaq ki, dünən N. Qafarzadə sosial şəbəkədə onu tənqid edənlərə sərt münasibət bildirib.
“Məni sevənləri Allah saxlasın, sevməyənlər onsuz da, savadsız ve zövqsüz, cahillərdir! Onların sevgisi də özləri kimi kalitəsizdir! Çünki mənim varliğım onları narahat edir! Mən, Allahın mübarək ve seçilmiş bəndəsiyəm! Nə, xoş mənə! Səhifəmə girib, təhqir ve söyüş yazanlar, yazdıqlarınız özünüzə, ananıza, bacınıza və bütün nəslinizə… İndi ürəkli oğlan yazsın, amma telefon nömrəsini də yazsın. Mən isə kefdəyəm, Allah sizi kölə, şanssız və yazıq yaradıb”- deyə N. Qafarzadə bildirib.