“Azərbaycanlı qanı daşımayan insandan nə gözləyirik?” anaxeber.info xəbər verir ki, bu sözləri qalmaqallı prodüsser Tolik öz şəxsi İnstaqram səhifəsində yazaraq paylaşıb. “Bunu paylaşmaqda məqsədim kiminsə konsertinə pəl vurmaq deyil. 15 ildir oxumağına baxmayaraq, o insanın sənəti də özü kimi sünidir. Bu şəkli paylaşıram ki, özünüz-özünüzü aldatmayın. Bu faktları, siyahını mən tutmamışam. Belə də ki, azərbaycanlı qanı daşımayan insandan nə gözləyirik? Eləyir eləsin də... Axı bu onların bayramıdır. Həmin günü də özü üçün bayram edir”. Xatırladaq ki, müğənni Natavan Həbibi may ayının 17-si Laçının işğal günündə Heydər Əliyev adına sarayda konsert proqramı ilə çıxış edəcək. Həmin yazının foto versiyasını təqdim edirik.