Hamilə Qadının Qidalanması

21-04-2014, 20:24   
Hamilə Qadının Qidalanması
Məlum olsun ki, hamiləlik dövründə qidalanmanın keyfiy­yəti kör­­­­pənin sağlam doğulmasına, onun beyin hüceyrələrinin müsbət in­­­­ki­şafına öz təsirini göstərir.

Müşahidələr zamanı məlum olmuşdur ki, hamilə qadınla­rın bir ço­­­­­xunda qan hüceyrələrinin yaranmasında lazımlı olan folikasit, kör­­­­­pənin fiziki, zehni inkişafında təsirli olan yod və sümüklərin in­ki­­­şafında zəruri olan kalsium diqqətə alınası məsələlərdəndir.

Eyni zamanda, hər il dünyada doğulan altı körpədən biri­nin 2,5 kq-dan az və vaxtından əvvəl doğulduğu qeydə alın­mışdır. B­u­nun əsas səbəbi bu dövrdə ananın düzgün qidalan­mamasıdır.

Hamiləlik dövründə qadınların enerji və qidaya olan tələbatı ar­tır. Bu ehtiyac ödənilmədiyi təqdirdə, körpənin inki­şafı üçün lazım olan qida maddələri, ananın bədənində olan vitamin və proteinlərlə əvəz olunur. Yəni döl özünə lazım olan maddələri anadan alır. Bu­nun nəticəsində, anada müxtəlif növ xəstəliklər əmələ gəlir və bədə­nin infeksiyalara qarşı müqavi­məti azalır. Belə hallar doğum ris­kini ar­­tı­raraq, hamiləlik zə­hərlənməsi və anaların ölümü kimi hal­lara sə­bəb ola bilər. Körpələrdə isə ölü doğulma və yaxud fiziki, zeh­ni in­ki­­şafın geriləməsinə, xəstəliklərə qarşı bədənin müqavimə­tin­in azal­ma­­sına gətirib çıxarır.

Gördüyünüz kimi, qidalanma həm ana, həm də körpə üçün çox əhə­­miyyətli məsələdir. Məlum olsun ki, hamiləliyin hansı ayında ol­ma­q­­dan asılı olmayaraq, qidalanma məsələsinə riayət etmək gec de­yi­ldir. Hətta axır aylarda olsa belə, ana öz qida­lanmasına diqqət ye­ti­­rər, vitaminlərdən, dəmir və kalsium­dan istifadə edərsə, bu yenə də kör­­pənin gələcəyi üçün çox önəmli olacaqdır. Buna görə də ana­lar aşa­­ğıda oxuyacaqları tövsiyələrə qarşı çox diqqətli olmalı­dırlar.

Əziz xanımlar, gündəlik yediklərinizə hər gün ən azı 2 stə­kan süd və ya qatıq əlavə etməlisiniz. Bundan əlavə, bir-iki kibrit qutusu öl­­çü­sün­də pendir yeməyiniz məsləhətlidir. Çiy süd və ondan hazır­la­nan pen­­dirlərdə zərərli mikroblar möv­cud olduğundan, pasterizə edil­miş (qablaşdırılmış) süd və pendirlərdən istifadə edin. Eyni za­ma­n­da, gündəlik yemə­yinizdən əlavə, bir ədəd yumurta və ya heç ol­­maz­sa, yumurta böyüklüyündə ət, balıq, mərci və ya noxudlu şor­ba­lar­dan istifa­dəyə diqqət etmək lazımdır.

Vitaminlərlə zəngin olan təzə göy-göyərti və meyvələrdən hər gün davamlı olaraq istifadə etməyin.

Çalışın ki, az-az, amma tez-tez ye­­yəsiniz. Belə olduqda, yemək tez həzm olur və nəticədə, bağır­saq­lar­da tıxanma yaratmır.

Müqəddəs İslam dini bu məsələnin də üzərindən sadəliklə ötüb keç­­məmiş, ananın nələrlə və necə qidalanması barədə öz qiymətli töv­siyələrini vermişdir. Hətta oruc tutmağın vacib olduğu bir ay­da­-mü­barək Ramazan ayında hamilə və süd ve­rən qadınlara oruc tut­mağın zərər verə biləcəyi təqdirdə onla­ra oruc tutmaq vacib edil­mə­miş, sonrakı illərdə həmin orucun qəzaları vacib bilinmişdir. İndi isə, gəlin məsumların (ə) tövsiyələrinə qulaq asaq:

Bal: Həzrət Peyğəmbərimiz (s) buyurub: “Sizə iki şəfa verən şeyi töv­­­si­yə edirəm: Quran, bir də bal”.

Yenə o Həzrət (s) buyurub: “Kim öz yaddaşını gücləndir­mək is­tə­­­­yirsə, bal yesin”.

Bal haqqında belə hədislər çoxdur. Balın faydaları demək olar ki, heç kəsə gizli deyil. Balın tərkibində çoxlu vitaminlər, duz və mine­ral maddələr mövcuddur. Hamilə qadınlar yaxşı olar ki, balı südlə qa­­­r­ışdırıb içsinlər. Bunun həm onlara, həm də körpələrinə çoxlu fay­­daları vardır.

Xurma: Xurma Allah-taalanın Qurani-kərimdə adını çək­diyi mey­­­vələrdəndir.

Əli (ə) buyurur: “Xurma yeyin. Onda çox dərdlərin şəfası var. Ha­­­milə qadının doğum ayında ona xurma versəniz, dünyaya gətir­di­­­yi uşaq dözü­mlü və təqvalı olar".

* Hamiləliyin birinci ayında hər gün iki ədəd xurmaya “Qədr” su­­r­ə­sini oxuyub acqarına yeyin.

* Hər gün bir neçə xurmanı süd ilə bərabər yeyin.

İnnab: İnnab yemək çox faydalıdır. Buna görə də ikinci ayda hər gün iki ədəd innaba "Tövhid" surəsini oxuyub acqarı­na yemək məs­lə­hətdir.

Alma: “Tibbül-Əimmə” kitabında İmam Sadiqdən (ə) belə nəql olunub: “Əgər camaat almada gizlənmiş xüsusiy­yətlərdən xəbərdar olsaydı, xəstələrini ondan başqa şeylə müalicə etməzdi”.

* Alma ürək xəstəliyi üçün ən yaxşı dərmandır.


* Hamilə qadınlar (9 ay müddətində) 40 ədəd almaya 40 dəfə “Yu­sif” surəsini oxuyub yesinlər.


* Hamiləliyin üçüncü ayında hər gün bir almaya “Ayətəl-kürsü” oxu­yub ac qarına yemək lazımdır.


* Almanın tərkibində dəmir, C vitamini və mineral mad­dələr möv­­cuddur.

Əncir: Hamilə qadınlara faydalı olan meyvələrdən biri də ən­cir­dir. Qış aylarında hamiləlik keçirən xanımlar onun qurusundan is­ti­fa­də edə bilərlər.

İmam Rza (ə) buyurub: “Əncir ağızdan gələn pis iyi aparır, sü­mü­yü bərkidir və ağrıları aparır. Artıq həmin xəstəlikləri müa­licə et­məyə ehtiyac qalmır”.

Əli (ə) buyurub: "Əncir yeyin ki, (burun xəstəliyi olanlarda) bu­ru­nu yum­şaldır. O, qulunc xəstəliyinə qarşı xeyirlidir. Gündüzlər onu çoxlu, gecələr isə az yeyin”.

* Dördüncü ayda hər gün iki ədəd quru əncirə “Tin” surə­sini oxu­­­­yub yeyin.

Yumurta: Yumurta, çoxlu vitaminlərlə zəngin olan qida məh­su­­ludur. Onda B6, E və D vitaminləri mövcuddur ki, bu da inkişaf et­­­­məkdə olan körpə üçün çox zəruridir. Buna görə də hamiləliyin be­şinci ayından etibarən hər gün bir ədəd yu­murtaya "Fatihə" surə­si­ni oxuyub acqarına yemək məsləhət­dir.

Nar: Əziz Peyğəmbərimiz (s) buyurub: "Nar meyvələrin başı­dır".

İmam Sadiq (ə) buyurub: "Hər kəs narı yatmazdan əvvəl ye­yər­sə, səhərə qədər narahatedici şeylərdən amanda qalar".

* Hamilə qadın (9 ay boyu) 40 gün 40 ədəd nara "Yasin" surəsini oxuyub yesin.


* Narı yeyərkən içindəki pərdəni də yemək məsləhətdir. Belə ki, bir nəfər İmam Sadiqin (ə) yanına gələrək ürək və mə­dəsindən şika­yət edərkən, İmam (ə) ona buyurmuşdur: “Şirin narı içindəki pərdə ilə bərabər ye. Çünki nar mədəni gücləndirir, həzmi yaxşılaşdırır və qa­rını rahatlayır”.


* Altıncı ayda hər gün bir ədəd nara ”Fəth” surəsini oxu­yub ye­yin.


* Səkkicinci ayda cümə günləri şirin nar yemək məs­ləhətdir.

Heyva: Peyğəmbərimiz (s) buyurub: "Hamilə qadınlarını­za hey­va yedirdin. Çünki heyva dünyaya gələcək övladın əxlaqını gözəl­ləş­­dirir".

Yenə o həzrət (s) buyurur: “Sizə heyva yeməyi tövsiyə edi­rəm. Çün­­­­ki heyva ağlı artırır”.

İmam Sadiq (ə) buyurub: "Hamilə qadın heyva yeməlidir ki, uşa­ğı xoş ətirli və açıq rəngli olsun".

* Hamilə qadının yeddinci aydan etibarən hər gün bir ədəd hey­va­ya "Ya­sin" su­rə­sini oxuyaraq acqarına yeməsi məsləhətdir.

Süd: Məsumların (ə) təkid etdiyi qida məhsullarından biri də süddür. İmam Həsən (ə) buyurub ki, babası həzrət Məhəmməd (s) sü­dü çox xoşlayırmış və həmişə süd içəndə buyurarmış: "Ey mənim Allahım, onu bizə mübarək qıl və onu bizə artır".

Həzrət Əli (ə) buyurub: “Üç şey vardır ki, yaddaşı artırar və bəl­ğə­­mi aparar: Quran oxumaq, bal və süd”.

Südün tərkibində B və D vitaminləri, kalsium, protein və bir çox fay­dalı maddələr mövcuddur. Hamilə xanım körpəsi­nin sağ­lam­­lığı, sü­mük və sinir sisteminin düzgün formalaşma­sını təmin et­mək üçün süddən çox istifadə etməlidir.

Hamilə qadın bilməlidir ki, Allah-taalanın yaratdığı bütün ne­mət­­lər gözəldir. Bu yaradılmış qida növlərinin hər birində körpəyə la­zım olan vitaminlər, zülal və minerallar mövcud­dur. Məsum­lar­dan (ə) kudu, tərəvəz, innab, zeytun, mərci, fındıq, qoz, püstə, ba­dam və bir çox qida növləri haqqında hədislər gəlib bizə çat­mışdır. Elm də sonralar bu qida maddə­lərində olan vitaminləri və onların fay­­dalarını aşkarlamışdır. Hər bir qidanın özünəxas olan vi­ta­min­lə­ri var. Buna görə də əziz xanımlar imkan həddində yediklərinin rən­­ga­­rən­gliyi və keyfiyyətinə diqqət etməlidirlər.

* Doqquzuncu aydan etibarən hər gün südə "İnsan" su­­rəsini oxu­ya­­raq acqarına içmək, həmçinin xurmaya oxuyaraq yemək məs­­lə­­hət­dir.

Armud: Armud bir çox vitaminlərlə zəngindir. Armud hamilə qa­­dınlara çox faydalıdır.

Əli (ə) buyurur: "Armud yeyin, armud qəlbi cilalayır".

Bir başqa hədisdə isə buyurur: "Armud qəlbə saflıq gətirir, da­xil­də olan ağrıları Allahın iznilə sakitləşdirir”.

Kündür saqqızı: Kündür saqqızı çeynəmək hamilə qa­dınlara çox faydalıdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.