Tanınmış aşıq Telli Borçalı uzun müddətdən sonra ilk dəfə efirə çıxıb.
BiG.AZ xəbər verir ki, özündən 17 yaş kiçik həmkarı Ariz Hüseynovla nişanlanması xəbərlərinə ilk dəfə canlı efirdə aydınlıq gətirib.
"Hər şey daxil" verilişində qonaq olan T.Borçalı ailə quracağı insanla bağlı aparıcı S.Səfərovaya şeirlə cavab verib. Aparıcının "həkim deyib ki, ürəkdə söz saxlamaq olmaz, infakt olarsan" sözlərinə şeirlə cavab verib:
"Ona görə də həkimə deyirəm, əl vurma mənim nəbzimə. Yoxdu məndə can ay həkim. Əlbəttə ki sən bilirsən bütün bu sirri həkim. Uzaqdı yollar arası, bulunmaz dərdin çarəsi. Məsumun məndə yarası, olubdur nişan ay həkim", deyərək sualı şeirlə cavablandırıb.
Xatırladaq ki, olke.az saytının yayımladığı xəbərə görə, Aşıq Telli Borçalının özündən 17 yaş kiçik sevgilisi ortaya çıxıb. Telli Borçalı "Xalq ulduzu" müsabiqəsinin laureatlarından olan Ariz Hüseynovla 3 ildir ki, sevgi münasibəti yaşayır.