Bu ilin iyununda Braziliyanın San-Paul şəhərində FİFA-nın illik qurultayı keçiriləcək.
Qurumun indiki prezidenti Yozef Blatter bu posta yenidən seçilmək istəyir.
İngiltərədə çıxan “Teleqraf” qəzeti bildirib ki, UEFA-ya üzv 54 ölkənin təmsilçisi onun seçilməsinə etiraz olaraq, tədbir keçirilən gün oturaq aksiya keçirməyi planlaşdırır.
Mənbənin məlumatına əsasən, 78 yaşlı idman məmuru FİFA-nın 209 üzvünün təmsilçisi qarşısında öz namizədliyini irəli sürmək niyyətindədir.
Qeyd edək ki, Blatter 4 dəfə bu vəzifəyə seçilib.
UEFA-nın başçısı Mişel Platini və avropalı futbol təmsilçiləri hesab edirlər ki, təşkilatın nüfuzu yalnız bu sayaq etiraz etməklə bərpa oluna bilər.