Con Kerridən Rusiyaya kəskin ittiham: “Razılaşma pozulur”

22-04-2014, 13:27   
Con Kerridən Rusiyaya kəskin ittiham: “Razılaşma pozulur”
ABŞ dövlət katibi Con Kerri Rusiyanı Ukraynadakı gərginliyin aradan qaldırılması üçün imzalanan “Cenevrə razılaşması”nı pozduğunu bildirib.
AzNews.az-ın məlumatına görə, C. Kerri bu fikirlərini bu gecə Rusiya xarici işlər naziri Serqey Lavrovla telefon söhbəti zamanı deyib.
C. Kerri Rusiyadan adıçəkilən razılaşmaya əməl etməyə çağırıb və bildirib ki, separatçılar dövlət binalarını tərk etməli, silahlı şəxslərin qurduqları postlar aradan qaldırılmalıdırlar.
Dövlət katibi Ukraynanın razılaşmanı pozmadığını diqqətə çatdırıb və Rusiyanı razılaşmaya əməl etməməkdə ittiham edib: “Ukrayna ölkənin cənub-şərq vilayətlərində geniş amnistiyanın tətbiqinə dair qanun layihəsi hazırlayır. Danışıqlar aparmaq üçün öz nümayəndələrini həmin bölgəyə göndərilib. Biz xahiş edirik ki, Rusiyada eyni şəkildə, vəziyyəti stabilləşdirmək üçün öz addımlarını atsın”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.