"Qalatasaray" klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
Komandanın uruqvaylı qapıçısı Fernando Muslera ilə 2016-ci ildə başa çatacaq müqavilənin müddəti daha iki ilə kimi uzadılıb.
Sözləşməyə əsasən, uruqvaylı qolkiper 2014/2015 mövsümündə 2 milyon 750 min, 2015/2016 mövsümündə 3 milyon 300 min, növbəti iki mövsümdə isə 3 milyon 575 min avro qazanacaq.