Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kobzon yenə ən zəngin deputat oldu

17-04-2014, 06:51   
Kobzon yenə ən zəngin deputat oldu
Deputatların gəlirləri haqqında bəyannamələr Dövlət dumasının rəsmi saytında dərc edilib
Kobzon ikinci il ardıcıl "ulduzlu" deputatlarından ən zəngini oldu. anaxeber.info-ın məlumatına görə, Rusiyanın xalq artisti İosif Kobzon ikinci il ardıcıl ən zəngin olur, gəlirlər üzrə ikinci yerdə boksçu Nikolay Valuyev, ücüncu yerdə isə Nobel mükafatının laureatı Jores Alfyorov qərarlaşıb. Deputatların gəlirləri haqqında bəyannamələr Dövlət dumasının rəsmi saytında dərc edilib.
Keçən il ərzində Kobzonun gəliri demək olar ki, 2012-ci il ilə müqayisədə 10 milyon azalıb və 54,793 milyon rubl təşkil edib. 2013-cü ildə Valuyev 2012-ci ildən (20,559 ) 2 milyon daha çox qazanıb. Alfyorov öz bəyannaməsində gəlirinin 16,6 milyon rubl təşkil etdiyini göstərib. Televiziya aparıcısı Aleksey Puşkov 14,944 milyon rubla qazanıb.
Keçən il ərzində keçmiş gimnast Alina Kabayeva 10,678 milyon rubl qazanıb. Bu, 2012-ci ildə (9,83 milyon)milyon rubl coxdu. Dünyada ilk qadın-kosmonavt Valentina Tereşkovun gəliri demək olar ki, üç dəfə artdı və 10,173 milyon rubl təşkil etdi, 2012-ci ildə bu məbləğ 3,687 milyon təşkil edirdi. Dünyada İkinci qadın-kosmonavt Svetlana Savitskiy 2012-ci ildən 5 milyon rublda cox qazanıb. Onun gəliri 11,154 milyon təşkil edib.
Amma xokkeyçi Vladislav Tretyakın gəliri, əksinə, demək olar ki, iki dəfə azalıb və 4,89 milyon rubl təşkil edib. İdmançının Rusiyada mülkundən başqa Latviyada mənzili var. Yunan-roma güləşçisi Aleksandr Karelinin gəlirləri azalıb. O 2012-ci il ilə müqayisədə iki milyon daha az qazanıb — 4,46 milyon rubl. Sovet fiquristi İrina Rodnina 3,438 milyon rubl, konki sürmə idmanı üzrə olimpiya çempionu Svetlana Jurovanın— 3,470 milyon rubl qazanıb. Opera müğənnisi Mariya Maksakova-İqenberqs 4,058 milyon rubl əldə edib. Məşhur parlament üzvlərindən ən az gəlirli Rusiya tennisçisi Marat Safin oldu, onun gəliri ən az 2,477 milyon rubl olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar