Prezident İlham Əliyev iyul ayında düşmənlə təmas xəttində yerləşən Füzuli rayonuna səfərə gedəcək.
Bu barədə Publika.az-a mötəbər mənbədən məlumat daxil olub.
Məlumata görə, səfər zamanı Azərbaycan Prezidenti Füzulidə 13 obyektin, o cümlədən qaçqınlar üçün salınacaq yeni qəsəbənin təməlqoyma mərasimində iştirak edəcək.