Azərbaycanda evdən 300 minlik qızıl oğurlayanlar tutuldular

22-04-2014, 13:40   
Azərbaycanda evdən 300 minlik qızıl oğurlayanlar tutuldular
Azərbaycanda mənzildən külli miqdarda pul oğurlayan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən anaxeber.info-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Şahin Kərimovun ətrafında Baş Cinayət-Axtarış İdarəsi və Quba RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il avqust ayının 8-də Sumqayıt şəhər sakini İlqar Seyidovla birgə Sima Quliyevanın evindən 300.000 manat dəyərində qızıl əşyalar və 100.000 manatını oğurlamaları da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Seyidov tutulub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.