Ötən gün Bakıda yol polisi ilə mübahisə edən və kobud danışan sürücü saxlanılıb. Onu Suraxanı rayon Polis İdarəsi 31-ci polis bölməsinin əməkdşaları axşam saatlarında saxlayıb.
Bölmədən ANS PRESS-ə verilən məlumata görə, sürücü polislə kobud danışıb, onu iş başında alçatdığına və xuliqanlıq xarakterli hərəkətlər etdiyinə görə cavab verəcək.
Bu gün sürücü Kamil Əsgərovun işinə Suraxanı rayon Məhkəməsində baxılacaq. Hazırda onu məhkəməyə aparıblar.
Qeyd edək ki, bir neçə gün öncə yol polisi tərəfindən saxlanılan Kamil Əsgərov polislə mübahisə edib və onunla məzələnib. O, bunu videoya çəkərək sosial şəbəkələrdə paylaşıb. Bundan sonra, onun barəsində İnzibati Xətalar Məcəlləsinn 296-cı maddəsi ilə (xırda xuliqanlıq) maddəsilə cinayət işi başlanılıb və saxlanılmasına qərar verilib.
[media=http://www.youtube.com/watch?v=M2H0SoVtq2E]