Türkiyədə yayımlanan "O səs Türkiyə” verilişinə daha bir azərbaycanlı qatılıb.
BakiPost.az xəbər verir ki, Mehman Tağıyev adlı həmyerlimiz yarışmada Azərbaycanın xalq mahnısı olan "Sarı gəlin”i ifa edib. O, ifası ilə bütün münsifləri döndərməyi bacarıb. O, Sibel Canın komandasını seçib.
Onu da bildirək ki, M. Tağıyev "Azərbaycanın səsi" yarışmasının qalibidir.
Mehman Tağıyevin çıxışını təqdim edirik:[media=https://www.youtube.com/watch?v=p0Uika2unWc]