Alex Ərdoğanı aeroportda qarşıladı.
Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, xanımı Əminə Ərdoğanla Ankaradan İstanbula təyyarə ilə gələn Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanı aeroportda “Fənərbaxça”nın keçmiş kapitanı Alex de Souza qarşılayıb. Alexin bu addımı Ərdoğanı təəccübləndirib.
Sabiha Gökçən Havalimanında baş tutan görüşdə tərəflər arasında qısa söhbət olub. Qeyd edək ki, Ailəsi ilə birlikdə Türkiyəyə istirahətə gələn Alex “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırımla görüşməyib. Xatırladaq ki, Alex “Fənərbaxça”dan ayrılarkən Ərdoğnala görüşmüşdü.