TV8-də yayımlanan "O səs Türkiyə" müsabiqəsində "Sarı gəlin" mahnısı ilə hər kəsi özünə heyran edən azərbaycanlı iştirakçı Mehman Tağıyev növbəti mərhələyə adlayıb.
Musavat.com xəbər verir ki, həmyerlimiz bu haqda sosial şəbəkədə məlumat verib:
"Şükürlər olsun, dostlar. Allahın köməyi və sizlərin duaları ilə növbəti tura keçdim. Şükürlər olsun".
M. Tağıyev saytımıza açıqlamasında deyib ki, növbəti tur haqda açıqlama vermək icazəsi yoxdur: "Təbrik edən hər kəsə təşəkkür edirəm. Müsabiqə efirə getməmişdən öncə açıqlama verə bilmərəm. Layihə rəhbərləri icazə vermir. Növbəti tura keçdim. Müsabiqə yayımlansın, ətraflı danışacağam".
Qeyd edək ki, "Sarı gəlin" xalq mahnısını ifa edən Tağıyev performansı ilə Sibel Can, Murat Boz, Hakan-Gökhan və Hadisəni özünə tərəf döndərə bilib. Münsiflər ifaçının səsini çox bəyəndiklərini deyərək, ondan ikinci dəfə "Sarı gəlin"i ifa etməyini istəyiblər. Sonda həmyerlimiz Sibel Canı seçib.
Könül
Musavat.com[media=https://www.youtube.com/watch?v=45ERP1cAy2I]