Flora Kərimova: "Məni susdurmağa Zeynəbin gücü çatmaz" - QALMAQAL

12-01-2017, 11:12   
Flora Kərimova: "Məni susdurmağa Zeynəbin gücü çatmaz" - QALMAQALXalq artisti Flora Kərimovaya bütün televiziyalar efir qadağası qoyub. Lent.az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, efir qadağasının səbəbi həmkarı Zeynəb Xanlarova haqqında dediyi fikirlər olub: “Hər yerdə mənə qadağa qoyulub, keçmişdəki kimi... Zeynəb Xanlarova unudur ki, mən ona Nisə Qasımova deyiləm Azərbaycandan illərlə didərgin etsin. Mənim bu millətə, torpağa haqqım var. Açıq sözə, fikrimə görə qorxmadan hansısa addımı atmağa haqqım var. O haqqımı Zeynəb deyil, Zeynəbin Zeynəbi gəlsin, əlimdən ala bilməz. Zeynəb Xanlarova mənə efir qadağası qoydurub. Bu yolla kolda gizlənib, özgənin əli ilə məni susdurmaq istədi. O, həqiqətdən qorxdu. Bir də hər kəsin bildiyi ”Şəki əhvalatı"nı açıqlayacağımdan qorxdu.


Məni susdurmağa ordenləri yan-yana düzən Zeynəbin də gücü çatmaz. Nahaq yerə belə etdi, mindirdi məni cin atına... Haralarasa yuxarılara dırmaşıb. Amma dəxli yoxdur, məni susdura bilməz. Oturmuşdum bir kənarda... Siyasətdən çoxdan gedən bir insanı cin atına mindirməsin".



Xatırladaq ki, ötən ilin yayında xalq artisti Flora Kərimova həmkarı Zeynəb Xanlarova haqqında ağır ittihamlar səsləndirmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.