Müğənni Emil Bədəlov boksla məşğul olduğunu etiraf edib.
anaxeber.info-ın məlumatına görə, “Bizim gün” verilişinin qonağı olan sənətçi hətta boks üzrə Bakı birincisi olduğunu da deyib:
“Uşaqlıqda boksla məşğul olurdum. Bakı birincisi seçilmişdim. Sonradan yarımçıq qoydum. Çünki idmançı yox, müğənni olmaq istəyirdim. İndi hərdən boksla məşğul oluram. Amma peşəkar kimi yox. Ümumiyyətlə, idmanı heç sevmirəm”.