Avropanın ali futbol qurumu - UEFA Türkiyənin iki klubunu bir illiyə avrokuboklardan uzaqlaşdırıb.
Təşkilatın yaydığı xəbərə görə, yeni mövsümdə Avropa Liqasında oynamağa vəsiqə qazanan Türkiyənin "Sivasspor" və Eskişehirspor" klubları sözügedən turnirdə iştirak edə bilməyəcək. Hər iki klubun adı danışılımış oyunlarda hallandığı üçün UEFA Türkiyə təmsilçilərinə bu cəzanı verib. Qeyd edək ki, "Sivasppor" və "Eskişehirspor" 10 gün ərzində apelyasiyaya müraciət edə bilərlər.