Cari mövsümün sonunadək “Mançester Yunayted”i komandanın futbolçusu Rayan Giggz çalışdıracaq. anaxeber.info-ın xəbərinə görə, bu haqda “Sky Sports” məlumat yayıb.
2012-ci ilik oktyabrından komandanın məşqçilər heyətində də yer alan Giggz baş məşqçinin səlahiyyətlərini icra edəcək.
Qeyd edək ki, 41 yaşlı uelsli futbolçu cari mövsümdə İngiltərə çempionatında 11 oyunda meydana çıxıb və 1 qolun ötürməsini verib.
Xatırladaq ki, "MY" bu gün baş məşqçisi Devid Moyesi istefaya göndərdiyini açıqlayıb.