Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər

7-06-2014, 16:27   
Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər
Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Əbdüləziz Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzərTAc xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyur, Zati-alinizə uzun ömür, cansağlığı, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzu edirəm.

Dost xalqlarımızın mənafeyi naminə ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrinin bundan sonra da möhkəmləndirilməsi üçün səylərin davam etdirilməsində maraqlı olduğumuzu bir daha ifadə edirəm.

Zati-aliləri, ən yüksək qardaşlıq ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

-----------------
06.06.2014
14:50

Tunis Respublikasının Prezidenti Mohamed Monsef Marzuki Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzərTAc xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,
Milli bayramınız - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik arzulayır, dost Azərbaycan xalqına tərəqqi və rifah diləyirəm.
Cənab Prezident, Sizinlə daha yaxından əməkdaşlıq etmək, ikitərəfli əlaqələri gücləndirmək və dost ölkələrimiz arasında qarşılıqlı fayda üçün mübadiləni genişləndirmək arzumu bildirmək istəyirəm.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, uğurlar və əmin-amanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm".


X X X

Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzai Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzərTAc xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,
Milli bayramınız - Respublika Günü münasibətilə Sizə, dost və qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram.

Əfqanıstan ilə Azərbaycan arasında dostluq münasibətlərinin ölkələrimizin qarşılıqlı mənafelərinə uyğun olaraq müxtəlif sahələrdə daha da möhkəmlənməsini arzu edirəm.
Zati-alinizə cansağlığı, dost və qardaş Azərbaycan xalqına gündən-günə artan tərəqqi və səadət diləyirəm".

----------------
05.06.2014
18:47

Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzərTAc xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Prezident,
Dost ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük sevinc hissi duyuram.
Bu xoş fürsətdən istifadə edərək səmimi qəlbdən ölkələrimiz və xalqlarımız arasında davamlı dostluq əlaqələrinin inkişafını, Zati-alinizə möhkəm cansağlığı və səadət, ölkənizə və xalqınıza davamlı tərəqqi və rifah arzuladığımızı bildirirəm.
Zati-aliləri, səmimi salamlarımı və dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzərTAc xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,
İcazə verin, Sizi və bütün qardaş Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edim.
Gürcüstan və Azərbaycan Respublikası arasında mövcud olan ikitərəfli münasibətlər dərin ənənəvi əlaqələr, dostluq, mehriban qonşuluq və yüksək səviyyəli əməkdaşlıq, müxtəlif sahələrdə ümumi maraqları özündə birləşdirən uğurlu əlaqələrin əsasını təşkil edir.
Əminəm ki, bizim birgə səylərimiz nəticəsində əməkdaşlığımız ölkələrimiz və xalqlarımızın rifahı naminə gələcəkdə daha da dərinləşəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək, Sizi əlamətdar bayram münasibətilə Gürcüstan hökuməti və gürcü xalqı adından bir daha təbrik edir və ən xoş arzularımızı çatdırıram".

X X X

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzərTAc xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdıraraq xalqınızın və ölkənizin daha da inkişafı naminə Sizə ali dövləti vəzifənizdə uğurlar arzu etməkdən çox məmnunam.
Bu əlamətdar bayram münasibətilə mən qadir Allaha dua edirəm ki, Sizə və ailənizə xoşbəxtlik və cansağlığı bəxş etsin.
Zati-aliləri cənab Prezident, ən yüksək ehtiramlarımı qəbul etməyinizi xahiş edirəm".

---------
13:42

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzərTAc xəbər verir ki, məktubda deyilir:

"Çox hörmətli cənab Prezident,
Dost ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə xoş arzularımı çatdırır, cansağlığı və səadət diləyirəm. Dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı tərəqqi və firavanlıq arzu edirəm".

X X X

Laos Xalq Demokratik Respublikasının Prezidenti Çoummali Sayasone Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzərTAc xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,
Milli bayramınız - Respublika Günü münasibəti ilə Zati-alinizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına Laos xalqı adından və şəxsən öz adımdan ən xoş arzularımı və səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi xalqlarımızın mənafelərinə xidmət edəcək, dünyada sülh və beynəlxalq inkişafa töhfə verəcəkdir.

Zati-aliləri, Sizə ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Lüksemburqun Böyük Hersoqu Anri Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzərTAc xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdıraraq, Sizə cansağlığı, Azərbaycan xalqına isə ən xoş arzularımızla tərəqqi və xoşbəxtlik diləyirik".

------------------
04.06.2014
20:40

Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzərTAc xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və qardaş Azərbaycan xalqını tatarıstanlılar adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik etməyə şadam. Sizə möhkəm cansağlığı, əmin-amanlıq və firavanlıq, Azərbaycan dövlətinin tərəqqisi və çiçəklənməsi naminə quruculuq fəaliyyətinizdə uğurlar arzulayıram.
Bu xoş fürsətdən istifadə edib, Tatarıstan-Azərbaycan əməkdaşlığının perspektivlərinə əmin olduğumuzu bildirir və Rusiya-Azərbaycan strateji tərəfdaşlığı çərçivəsində qarşılıqlı faydalı ticarət-iqtisadi və humanitar layihələrin həyata keçilrilməsinə hazır olduğumuzu təsdiq edirəm.
Sizə və Sizin yaxınlarınıza, gözəl Azərbaycanın bütün xalqına bir daha dərin hörmət və xoş bayram arzularımı çatdırıram".

---------
14:00

İsrail Dövlətinin Prezidenti Şimon Peres Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzərTAc xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Azərbaycanın milli bayramı - Respublika Günü mənə Zati-alinizə İsrail xalqı adından və şəxsən öz adımdan səmimi və xoş arzularımı çatdırmaq, Sizə cansağlığı, ölkənizə və xalqınıza isə davamlı inkişaf arzulamaq imkanı yaradır.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzərTAc xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,
Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına Vyetnam hökuməti adından və şəxsən öz adımdan təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizin rəhbərliyiniz ilə Azərbaycanın son illərdə əldə etdiyi əhəmiyyətli nailiyyətlər ölkənizin beynəlxalq aləmdə nüfuzunu daha da artırmışdır.

Xüsusilə qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında dostluq əlaqələri və ənənəvi əməkdaşlıq illər boyu durmadan möhkəmlənir, inkişaf edir və müxtəlif sahələrdə yeni-yeni imkanların meydana çıxmasına şərait yaradır.

Zati-aliləri cənab Prezident, Sizin Vyetnama bu yaxınlardakı dövlət səfərinizi çox yüksək qiymətləndirərək, əminliklə bildirmək istərdim ki, əldə olunmuş razılaşmaların yerinə yetirilməsi xalqlarımızın mənafeləri naminə ikitərəfli əlaqələrin dərinləşməsi, habelə sülh və beynəlxalq inkişaf üçün gözəl imkanlar açacaqdır.

Bu xoş fürsətdən istifadə edərək, Azərbaycana tərəqqi, xalqınıza rifah diləyirəm.
Zati-alinizə bir daha səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".

-------------------
03.06.2014
14:48

Moldova Respublikasının sabiq Prezidenti, Moldova Respublikası Kommunist Partiyasının sədri Vladimir Voronin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzərTAc xəbər verir ki, məktubda deyilir:

"Əziz İlham Heydər oğlu,
Sizi və bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm. Dövlətinizə firavanlıq, Azərbaycan xalqına isə sülh və əmin-amanlıq diləyirəm.

Müasir Azərbaycan həm özünün gözəlliyi və mədəni müxtəlifliyi ilə, həm də qədim ənənələrlə müasir texnologiyalara yiyələnmək, hər bir vətəndaşın həyatının keyfiyyətini yaxşılaşdırmaq əzminin ahəngdar şəkildə əlaqələndirilməsi ilə insanı heyran edir. Ölkəniz həqiqətən Avropa modernizmi ilə Şərq füsunkarlığının vəhdətidir.

Əminəm ki, Sizin dövlətinizdə hər gün baş verən möcüzəli dəyişikliklər əməksevər Azərbaycan xalqının səylərinin və ölkə rəhbərliyinin müdrikliyinin vəhdətinin nəticəsidir.
Azərbaycanın bundan sonra da minilliklər boyu sabit, inkişaf etmiş, firavan dövlət olmasını arzulayıram.

Qoy Azərbaycan və Moldova xalqları arasında ənənəvi qardaşlıq əlaqələri möhkəmlənsin, ölkələrimizin əməkdaşlığı daha da inkişaf etsin.

Hörmətli İlham Heydər oğlu, şəxsən Sizə uğurlar, cansağlığı, Azərbaycan xalqının rifahı naminə bütün ideyalarınızın gerçəkləşməsini və yeni nailiyyətlər arzulayıram".

X X X

Myanma İttifaqı Respublikasının Prezidenti Theyn Seyn Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzərTAc xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Bu fürsətdən istifadə edərək, Azərbaycan xalqının davamlı tərəqqisi və rifahı üçün ən xoş arzularımı çatdırıram.

Zati-aliləri, ən yüksək ehtiramlarımı qəbul etməyinizi xahiş edirəm".

----------
14:07

Maltanın Prezidenti xanım Marie Louise Coleiro Preca Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzərTAc xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə, xalqınıza və hökumətinizə Malta xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və rifah, xalqınıza isə davamlı tərəqqi arzu edirəm. Əminəm ki, ölkələrimiz arasındakı mövcud möhtəşəm əlaqələr xalqlarımızın mənafeyi naminə güclənməkdə davam edəcəkdir".

X X X

Latviya Respublikasının Prezidenti Andris Berzinş Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzərTAc xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırır, rifah və uğurlar diləyirəm.

Latviya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafı üçün böyük imkanlar vardır. Mən əməkdaşlığımızın daha da dərinləşməsinin yaxşı perspektivləri olduğunu görürəm. Əminəm ki, Sizin Latviyaya səfəriniz ölkələrimiz və xalqlarımız arasında daha sıx əməkdaşlıq üçün geniş imkanlar açacaqdır.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Belçikalıların Kralı Filip Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzərTAc xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi qəlbdən təbriklərimi yetirir, sülh və firavanlıq arzu edirəm".

------------------
02.06.2014
17:22

Omanın sultanı Kabus bin Səid prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzərTAc xəbər verir ki, məktubda deyilir:

"Zati aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuruq.

Fürsətdən istifadə edərək, Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirəm".

X X X

Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Zuma prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzərTAc xəbər verir ki, məktubda deyilir:

"Zati aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə, Azərbaycan Respublikasının hökumətinə və xalqına Cənubi Afrika Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimizi və diləklərimizi çatdırıram.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı arzu edir, ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli dostluq münasibətlərinin daha da möhkəmlənməsini diləyirik.

Zati-aliləri, dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Portuqaliya Respublikasının Prezidenti Anibal Kavako Silva prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzərTAc xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi təbrik edir, Sizə cansağlığı, Azərbaycan xalqına isə inkişaf və rifah arzu edirəm".

X X X

İspaniyanın kralı Xuan Karlos prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

AzərTAc- xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident,

Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə Sizi İspaniya xalqı və hökuməti adından, şəxsən öz adımdan təbrik edirəm.

Cənab Prezident, Sizə cansağlığı, dost Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə böyük ehtiramımı çatdırıram".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar