“Çelsi”də növbəti ciddi itki

22-04-2014, 14:06   
“Çelsi”də növbəti ciddi itki
"Çelsi"nin futbolçusu Samuel Eto'o da Çempionlar Liqasında bu gün baş tutacaq "Atletiko" ilə matçda oynamayacaq.

anaxeber.info-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, hücumçunun zədəsi ciddi olmasa da, o, bu oyun üçün heyətə daxil edilməyib. Klubdan bildirilib ki, futbolçunun zədəsinin bərpası üçün müəyyən vaxt lazımdır.

Xatırladaq ki, London klubundan Eden Hazard da zədə səbəbindən sözügedən qarşılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, S.Eto'o İngiltərə Premyer Liqasında cari mövsümdə 11 qol vurub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.