Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

FİFA nümayəndələri: Braziliya çempionatı qəbul etməyə hazır deyil

8-06-2014, 11:25   
FİFA nümayəndələri: Braziliya çempionatı qəbul etməyə hazır deyil
FİFA-nın bir neçə nümayəndəsi anonim şəkildə bəyan ediblər ki, Braziliya futbol üzrə dünya çempionatını qəbul etməyə hazır deyil. Musavat.com xəbər verir ki, bu barədə məlumatı Estadao nəşri yayıb.

“Bizim indi gördüklərimiz yolverilməzdir. Hətta, minimal təhlükəsizlik təminatını da təsəvvür edə bilmərik. Bu, çox pisdir. Biz şübhələnirdik ki, heç də hər şey ideal olmayacaq. Lakin belə problemlərin olacağını ağlımıza gətirmirdik”, - FİFA nümayəndələri deyiblər.

“Biz çempionatı bütün planetə necə göstərəcəyik ki, bir sıra stadionlar test sınağından keçirilməyib. Bədbəxt hadisə baş versə, bunun məsuliyyətini kim daşıyacaq?”, - onlar əlavə ediblər.

FİFA nümayəndələri hesab edirlər ki, tətillər böyük problem yarada bilər. Məsələn, ötən gün San-Pauluca metro işçiləri tətil ediblər və nəqliyyat kollapsı yaranıb. Metro hər gün 4,5 milyona yaxın sərnişin daşıyır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar