ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland etiraf edib ki, Vaşinqton 1991-ci ildən bu yana Ukraynaya 5 milyard dollar yardım ayırıb.
“Bu pullar Ukrayna xalqının onun maraqlarını təmsil edən güclü, demokratik hakimiyyətə malik olmaq səylərinin dəstəklənməsinə sərf olunub” - deyə V.Nuland bildirib.
Bununla belə diplomat əlavə edib ki, ABŞ Maydanın dəstəklənməsi üçün pul ayırmamışdı: “Bu, kortəbii hərəkat idi və Rusiyanın Ukraynanın şərqində etdiklərindən çox uzaq idi”.
Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətini keçmiş direktoru Aleksandr Yakimenko bildirib ki, ABŞ Ukraynada Yanukoviçin hakimiyyətini devirmək üçün milyonlarla dollar xərcləyib. Onun sözlərinə görə, ABŞ Maydanı dəstəkləmək üçün diplomatik poçtla milyonlarla dollar nağd pul göndərir və həmin pullar Kiyevin mərkəzi meydanında paylanırdı.