Bu gün səhər əkiz bacıların törətdikləri qəza nəticəsində yaralanan kişi “Semaşko” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. “Qafqazinfo” xəbər verir ki, xəstəxanada olan yeniçağ.az saytının əməkdaşlarının əldə etdiyi məlumata görə, zərərçəkənin adı Zöhrab Ağayevdir.
O, bu gün səhər ağır kəllə-beyin xəsarəti ilə reanimasiyaya yerləşdirilib. Zöhrab Ağayevin həkimi neyro-cərrah Nicat Məmmədov xəstənin vəziyyəti ilə bağlı açıqlama verib: “Zöhrab Ağayevin kəllə sümüyü sınıb. O, açıq kəllə-beyin xəsarəti ilə xəstəxanamıza daxil olub. Hazırda vəziyyət çox kritikdir. Çünki burada yaş faktoru da var. Müayinələr aparılır. Yəqin ki, cərrahi müdaxiləyə də ehtiyac olacaq. Hər an hər şey ola bilər. Allahdan ümid kəsilməz”.
Criminal.az