Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Şarapovadan seksual fotosessiya

9-06-2014, 17:22   

İkinci dəfə "Rolan Qaros" turnirinin qalibi olan rusiyalı tennis ustası Mariya Şarapova kubokun təqdietmə mərasimində fotosessiya edib.

Şarapova fotosessiyanı kubokla birlikdə Eyfel qülləsinin qarşısında edib.

Xatırladaq ki, rus tennisçi Mariya Şarapova rumıniyalı Simona Halep üzərində qələbə çalaraq 6:4, 6:7 (5:7), 6:4, ikinci dəfə "Rolan Qaros" turnirinin qalibi olub.

Rəqiblərin kort üzərində mübarizəsi 3 saatdan çox davam edib. Qeyd edək, bu Simona Halepin "Rolan Qaros" turnirinin final mərhələsində ilk çıxışı olub.

Mariya Şarapova "Rolan Qaros" turnirində ilk qalibiyyətini 2012-ci ildə qazanıb, ötən il isə amerikalı Serena Uilyamsa məğlub olub.

Qeyd edək ki, bu rusiyalı tennisçinin "Böyük Dəbilqə" turnirlərində sayca 5-ci qələbəsidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar