“Mançester Yunayted”in və İngiltərə millisinin keçmiş oyunçusu Devid Bekhem, Ueyn Runinin hələ də yığmaya kömək edə biləcək gücdə olduğunu bildirib.
“Ueyn Runinin İngiltərə millisinin formasında olan adı, hələ də rəqiblərə təsir etməyi bacarır. Mən həmişə Ueyni dəstəkləyəcəm, çünki, o böyük istedaddı, yığmada isə əla oynayır”.
“Hücumçulara lazım olan, özünəgüvən hissidi. Amma Runinin oyunu, təkcə qol vurmaq deyil. Baxmayaraq ki, o, doğuluşdan qollar vurur, amma, həmişə komanda üçün oynayır. Əgər, Ueyn qol vurmursa, o ya assist, ya da qolun vurulmasında fəal iştirak edir”.
“Nə vaxt o, İngiltərə millisinin formasında meydana çıxırsa, hər şeyə 110 faiz hazır olur”