Futbolun canlı əfsanəsi, argentinalı Dieqo Maradona DÇ-2022-yə ev sahibliyi ilə bağlı yaranmış rüşvət qalmaqalına münasibət bildirib.
Maradona mətbuata açıqlamasında FİFA rəsmilərinə qarşı sərt çıxış edib. O, bu qalmaqalda onların günahkar olduğunu bildirib: "FİFA günahkardır. Bu işdə əli olan insanlar məsuliyyətə cəlb olunmalıdır. Futbolda belə hallara yol vermək olmaz” (publika.az).
Qeyd edək ki, DÇ-2022 Qətərdə keçiriləcək. Ərəb şeyxlərinin mundiala ev sahibliyi hüququnu almaq üçün FİFA rəhbərlərinə milyonlarla dollar rüşvət verməsi iddiaları artıq neçə illərdir ki, Qərb mətbuatında dolaşır. İttihamların konkret ünvanı da var - FİFA rəhbərliyi...