İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Təbrikdə deyilir:
“Möhtərəm cənab Prezident,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi, qonşu və dost dövlətinizi, xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Sizinlə sonuncu səmimi görüşümüzün ardınca, yüksək diqqətiniz, İran İslam Respublikasının və Azərbaycan Respublikasının məsul rəsmi şəxslərinin birgə daimi səyləri nəticəsində əməkdaşlığımızın genişləndirilməsi istiqamətində yeni mərhələnin başlanmasına, qardaşlıq ruhuna əsaslanaraq, ölkələrimiz arasındakı hazırkı gözəl dostluq münasibətlərinin ikitərəfli, regional və beynəlxalq səviyyələrdə daha da möhkəmlənməsinə şahid olacağıq.
Allah Təaladan Sizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə rifah, səadət və xoş günlər arzulayıram”.