Krımın prokuroru vəzifəsini yerinə yetirən gənc xanım Nataliya Poklonskaya qısa müddət ərzində sosial şəbəkələrin köməyi ilə milyonlarla insan tərəfindən tanındı.
Prokuror barədə hazırlanan yeni video görüntü Youtube video paylaşım kanalında yerləşdirilib. Bir neçə günün ərzində hazırlanan video görüntü Poklonskayanın verdiyi musahibəsinin üzərində yığılıb və cizgi filmlərindən kadrlar əlavə olunub. Klip “Nyaş-myaş, Krım-naş” adlanır. Krımın seksual prokuroru adlandırılan 33 yaşlı xanım üçün hazırlanan klip bir neçə gün ərzində 2 milyon dəfə izlənilib. Həmin sürətlə də, Nataliyanın pərəstişkarlarının sayı artır.
Maraqlısı isə budur ki, Poklonskayanın məşhurluğu ilk olaraq Yaponiyadan başlayıb. İlk olaraq həmin ölkənin saytlarında cazibədar xanım barədə yazılar getməyə başlayıb. Daha sonra isə cizgi filmi üçün maraqlı rəsmlər çəkən rəssamlarda prokurora qarşı maraq oyanıb.
Xatırladaq ki, ötən günlərdə Krım Muxtar Respublikasının baş prokurorunun səlahiyyətlərini icra edən 33 yaşlı Natalya Poklonskayanın görüntüləri yayılıb. Natalya mart ayında prokuror vəzifəsinə təyin edilib.
[media=http://www.youtube.com/watch?v=TBKN7_vx2xo]