Son günlər Azərbaycan mediasının gündəmini zəbt edən türkiyəli ilahiyyatçı Adnan Oktar Azərbaycana sevgisindən danışıb.
anaxeber.info-ın verdiyi məlumata görə, A9 telekanalının rəhbəri öz proqramında iki qardaş dövlətin bayrağını yan-yana qoyaraq bu ifadələri səsləndirib: "Azərbaycan bizim canımızdır, iki dövlət, bir millətik. Azərbaycan keçmişdən bəri Türkiyə ilə can-ciyərdir, Türkiyənin ən yaxın olduğu türk dövlətidir. Bizim üçün Azərbaycanın Konyadan, Eskişəhərdən, Ərzurumdan heç bir fərqi yoxdur. Bizim can parçamızdır, ruhumuzdan bir parçadır. Amma Azərbaycanla birləşməmiz hələ süründürmədədir. Vizanın çoxdan aradan qaldırılması, Türkiyə ilə Azərbaycan arasındakı yolların təmamən açılması lazım idi. Bu işdə də bir xeyir vardır sözsüz ki, amma bu hələ də gözləyir. Fəqət, bu xoşbəxt günlərə az zaman qaldı. İnşallah qısa bir sürədən sonra iki dövlət, bir millət olaraq Azərbaycana birləşəcəyik".
Adnan Oktar studiyadakı Azərbaycan bayrağını göstərərək, "Al rəngli Türkiyə bayrağı ilə Azərbaycan bayrağı yan-yanadı. Necədi Azərbaycan bayrağı?" - deyərək studiyada oturan oğlanlardan soruşur. Onlar isə xocalarının sualına "maşallah", "inşallah" deyərək reaksiya verirlər.
Qeyd edək ki, Türkiyə baş nazirinin müavini Bülənt Arınçın "kediciklərinə" xitabən söylədiyi fikirlərdən sonra qızları canlı yayıma çıxarmayan Adnan Oktar artıq müzakirələri oğlanlarla edir.
[media=http://www.youtube.com/watch?v=9qNqiwRTkt8]