Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Qarabağ” udsa, tanınmışlar nələr edəcək? - Siyahı

23-08-2017, 13:44   

“Qarabağ” bu gün Bakı vaxtı ilə 22:45-də "Kopenhagen" komandası ilə Çempionlar Liqasının "pley-off" mərhələsi çərçivəsində cavab görüşünə çıxacaq. Azərbaycan futbol tarixinin bəlkə də ən önəmli oyunu hesab edilən görüş hazırda çox ciddi müzakirə olunur. Qonağı Bakıdan məğlub şəkildə yola salan “Qarabağ”ın azarkeşləri də komandaya dəstək üçün “vəd vermə” yarışına çıxıblar.

Axar.az bu gün Danimarkada keçiriləcək görüşlə bağlı azarkeşlərin maraqlı vəd təkliflərini təqdim edir.

Təhsil eksperti Kamran Əsədov: “Qarabağ FK Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək hüququ qazansın, istənilən sayda abituriyenti 1 ay ərzində təmənnasız 2 və 3-cü qrup üzrə tarix fənnindən hazırlaşdıra bilərəm. Say məhdudiyyəti yoxdur. X və XI sinif üzrə II və III qrup üzrə istənilən şəxs tarix fənnindən gələ bilər”.

İdman şərhçisi Sənan Şərifzadə: “Qarabağ” Azərbaycan futbolu tarixində ən önəmli matça hazırlaşır. Qurban Qurbanovun komandası Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanarsa, dostum Fərhad 1 həftə işə klubun formasında gedəcəyinə, taksi sürücüsü Hikmət dayı 5 gün məhəllədəki uşaqları məktəbə pulsuz aparacağına söz verib”.

Aktyor Bəhram Bağırzadə: “Əziz dostlar! Əgər 23 avqust 2017-ci ildə "Qarabağ" "Kopenhagen" üzərində qələbə qazansa, o zaman mənə "Qarabağ, irəli!" ifadəsini yazan ilk yüz nəfər məndən öz avtoqrafım olan "Uydurulmamış həyat" kitabımı qazanacaq. Söz verirəm ki, hər kəs üçün kitabı imzalayacağam və şəxsən ona uyğun yerə gətirəcəyəm!”

Bakı Olimpiya Stadionunun rəsmi səhifəsi: “Biz də söz veririk ki, əgər Qarabağ FK UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazansa, əlimizdən gələni edəcəyik ki, növbəti oyunlar Bakı Olimpiya Stadionunda olsun! Uğurlar, Qarabağ!”

Azərbaycan Yaradıcılıq Fondunun mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli: “Qarabağ” udsa, 12 nəfərə qonaqlıq vermək fikrim var”.

Fotoqraf Məhəmməd Türkmən: “Qarabağ” qalib gəlsə və ya sərfəli nəticə əldə etsə, bu statusa şərh yazan xanımlardan birinə pulsuz fotosessiya edəcəm”.

Aparıcı Rahil Sayadoğlu: “Qarabağ” "Kopenhagen"i keçsə, qrupa düşsək, "Pəncərə" verilişinin ilk efir günündə studiyada mahnı oxuyacam. Heç vaxt etmədiyim bir şeydi. Sevincimdən maksimum bunu eliyə bilərəm”.

Jurnalist Rəfiqə Məmmədzadə: “Qarabağ turu keçsə, 1 təsadüfi şəxsə “Qarabağ” FC, bir “Qarabağ polo”, bir orijinal “Bosniya” forması hədiyyə edəcəyəm”.

Qeyd edək ki, sosial şəbəkələrdə vəd verən tanınmışlar saysız-hesabsızdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar