"Rossiya segodnya" agentliyinin müxbiri Stella Dubovitski Vladimir Jirnovskini dələduzluqda ittiham edərək şikayət ərizəsilə polisə müraciət edib.
ANS PRESS-in məlumatına görə, jurnalistin yazdığı ərizədə qeyd olunur ki, insident hər tərəfli ona xələr gətirib, həm fiziki həm də mənəvi. Hamilə jurnalist Stella bundan əlavə Dövlət Dumasının əxlaq komissiyasına da ərizə göndərib. Hadisə ilə əlaqəli olaraq çərşəmbə günü ərizəyə baxış keçiriləcək.
“Qadın polisə ərizə verərək onu təhqir edən Vladimir Volfoviçi xuliqanlıqda ittiham edərək Rusiya federasiyasının cinayət məcəlləsinin 213-cü maddənin “b” bəndinə uyğun olaraq onu cinayətə cəlb olunmasını istəyib” - deyərək jurnalistin vəkili Kuçerena bildirib.
Qeyd edək ki, cinayəti sübuta yetirilsə Jirinovskini 5 ilə qədər həbs, 500 min rubl və ya digər cəzalar gözləyə bilər.
Xatırladaq ki, ötən həftənin cümə günü liberal-demokratların lideri Vladimir Jirinovski ona sual verən hamilə jurnalistin sualını cavablandırmaqdan imtina edərək, xanımı kobud formada onu təhqir etməyə başlayıb. Daha sonra isə Stellanı müdafiyə etməyə qalxan digər jurnalistlərə qarşı da kobud davranıb. Hadisədən sonra hamilə müxbir xəstəxanaya çatdırılıb.