Bu gün Çempionlar Liqasında qrup mərhələsinin II turu başa çatır.
Axar.az xəbər verir ki, "Qarabağ" bu gün saat 20:00-da İtaliya nəhəngi "Roma" ilə qarşılaşır.
Bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsinin ölkəmizdə keçirilən ilk oyunu kimi düşəcək.
Oyun üçün satışa çıxarılan 67 min 500 biletin hamısının satılması “Qarabağ”ın güclü azarkeş dəstəyinin olacağından xəbər verir.
Qeyd edək ki, qrupun digər oyununda “Atletiko” ilə “Çelsi” görüşəcək.
19:18
Sentyabrın 27-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “C” qrupunda keçiriləcək “Qarabağ”-“Roma” oyununun start heyəti açıqlanıb.
Axar.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Pedro Enrike, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli, Bədavi Hüseynov yer alıblar.
“Roma”nın heyətində isə meydana Alison Beker, Raca Naynqolan, Juan Jesus, Lorenzo Pelleqrini, Edin Dzeko, Aleksandr Kolarov, Maksim Qonalons, Qriqori Defrel, Bruno Peres, Kostas Manolas, Stefan El Şaravi çıxacaqlar.
Görüşü portuqaliyalı baş hakim Artur Dias idarə edəcək.