Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ceki Çan Çinin ən bahalı kinosunu çəkir

22-04-2014, 18:55   
Ceki Çan Çinin ən bahalı kinosunu çəkir
Bu günlərdə 60 illik yubileyini qeyd edən Ceki Çan Çinin ən bahalı kinosunu çəkir.

ANS PRESS-in məlumatına görə, bu fimin büdcəsi 320 milyon dollardır. Ekran əsəri tarixi-macəra janrında "Dragon blade" ("Əjdahanın qılıncı") filmi olacaq. Film rejissoru Deniel Lidir.

Qədim Çinə düşən Roma əsgərinindən bəhs edən filmdə baş rolu Hollivudun ulduz aktyorlarından biri canlandıracaq. Çin KİV-ləri Cekinin tərəf müqabilinin Mel Qibson olacağını yazır. Ceki Çan oynayacağı sərkərdə roluna 7 ildir hazırlaşır. Onu layihəni reallaşdırmağa Qansu əyalətində romalıların əcdadlarının yaşadığı barədə sənədli film ilhamlandırıb.

Filmin tamaşaçılara gələn il, çinlilərin Yeni ili qeyd etdiyi tarixdə - 19 fevralda təqdim olunacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar