Portuqaliya milli komandasının kapitanı Kriştiano Ronaldo yenidən zədələnib.
Qol.Az-ın məlumatına görə, ulduz futbolçu bir qədər əvvəl keçirilən məşqi yarımçıq tərk edib. Dizindən zədə alan futbolçu məşq meydanını tərk edərkən göz yaşlarını saxlaya bilməyib.
Portuqaliya millisi DÇ-2014-ün ilk oyununu iyunun 16-da Almaniyaya qarşı keçirəcək. Ronaldonun həmin oyunda iştirak edib-etməyəcəyi bügünkü həkim müayinəsindən sonra məlum olacaq.
Qeyd edək ki, Ronaldo zədəsini yenicə sağaltmışdı.