həyat yoldaşı Rza Zərrabın həbs olunmasından sonra ortaya çıxmayan müğənni Ebru Gündəş 52 gün sonra ilk dəfə fotokameralara tuş gəlib.
anaxeber.info-ın “Milliyət”ə istinadən xəbər verir ki, Zərrabın azadlığa çıxmasının ardından sənətçinin harada olması marağa səbəb olub. Türkiyəli jurnalistlər bir neçə gün öncə müğənnini Kanlıca səmtindəki villasında gizlicə görüntüləyiblər.