Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, aprelin 23-nə keçən gecə saat 23 radələrində A.Quliyev küçəsində 1987-ci il təvəllüdlü Elnur Axundov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyadanı vurub. Nəticədə piyada, 1957-ci il təvəllüdlü Xatayev Valeri Konstantinoviç ağır bədən xəsarətləri alıb. Kliniki Tibib Mərkəzə yerləşdirilən 57 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb.