Rusiyadan Müslüm Maqomayevlə bağlı ŞOK İDDİA: mən onun gizli məşuqəsi idim, qızım isə... - VİDEO
6-12-2017, 10:29
Safaronovo sakini İrina Korotkova və sovet estradasının ulduzu Svetlana Rezanova iddia edib ki, məşhur müğənni Müslüm Maqomayevin məşuqələri olub. Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hər iki qadın dahi sənətkarın doğmaları ilə münasibətləri aydınlaşdırmaq üçün "Əslində" (На самом деле) proqramının studiyasına gəlib. Svetlana Rezanova tok-şounun redaktoru və aparıcısı ilə Dmitri Şepelova müraciət edib. Müğənni iddia edib ki, dörd il ərzində Müslüm Maqomayevin məşuqəsi olub. Rusiya və Azərbaycan xalqının sevimli müğənnisinin doğma bacısı Tatyana Zayçeva Rezanovanın dediklərini təkzib edib. O, inanmır ki, onun məşhur qardaşı öz xanımı Tamara Sinyavskayanı başqasına dəyişə bilərdi. Şouda işləyən ekspertlər Svetlanaya bir sıra suallar verib. Və məlum olub ki, Rezenova evli olduğu halda Müslüm Maqomayevlə həqiqətən də intim münasibətlərdə olub və məşhur artisti dəlicəsinə sevib. Dahi sənətkarın bacısı Rezanovadan xahiş edib ki, qardaşının şərəfini ləkələməsin. Tatyana Zayçevanın sözlərinə görə, Maqomayev həyat yoldaşını - yeganə qadınını çox sevib: “O, qadın ovçusu deyildi və qanuni həyat yoldaşına sədaqətini qoruyurdu”. Daha sonra İrina tok-şouda isterika yaradıb. Qadın israr edib ki, qızı Veronikanı Müslüm Maqomayevdən dünyaya gətirib. Onun sözlərinə görə, o, məşhur müğənni ilə barda tanış olub. Və məhz həmin görüşdən sonra İrina və xalq artisti arasında yaxın münasibətlər qurulub. Nəticədə onların uşağı dünyaya gəlib. Tok-şounun yaradıcıları və ekspertləri İrinanın xahişi ilə Müslüm Maqomayevin doğmaları ilə qızı Veronika arasında DNT-testi keçirib və bioloji analizləri müqayisə ediblər. Nəticədə məlum olub ki, məşhur bariton səsin sahibi qızın atası deyil. Korotkova qızının Müslüm Maqomayevdən olduğunu israr etsə də, Veronika doğma sənətkarın yaxınlarını təhqir etməyə başlayıb. Qadın qızı ilə atası arasında qan qohumluğu aləqəsini sübut etmək üçün xalq artistinin bacısı Tatyana və onun qardaşı Yuri Leontviçdən Maqomayevin cənazəsinin açılmasını tələb edib. İrina Veronikanın Müslüm Maqomayevanın varisi və doğma qızı olduğunu sübuta yetirməkdən ötrü ədalət mühakiməsi orqanlarına müraciət etmək niyyətindədir. Xatırladaq ki, İrina Korotkova əvvəllər "Rossiya 1" telekanalında da öz hekayəsini danışıb.