İlham Əliyev Barrozu ilə görüşdü

14-06-2014, 11:13   
İlham Əliyev Barrozu ilə görüşdü
İyunun 14-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun təkbətək görüşü olub.

Dövlət başçısı Avropa Komissiyasının sədrini qarşılayıb.

Prezident İlham Əliyev və Joze Manuel Barrozu rəsmi foto çəkdiriblər.

Sonra Azərbaycan prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Energetika sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib. Joze Manuel Barrozunun respublikamıza səfərinin Azərbaycan-Avropa İttifaqı münasibətləri baxımından önəmi qeyd edilib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.