Devid Bekham və Şahzadə Vilyam insanları brakonyerliyə qarşı mübarizəyə çağırıb.
Quql şirkətinin London ofisində keçirilən mətbuat konfransında köhnə dostlar - Devid Bekkam və Şahzadə Vilyam brakonyerliyə qarşı mübarizə üçün öz güclərini birləşdirib.
Keçmiş futbolçu Devid Bekham və Britaniya taxtının varisi Şahzadə Vilyam tərəfindən başladılan layihə uğur qazanıb.
Layihə #WhoseSideAreYouOn (“Kimin tərəfindəsən?”). Devid və Vilyam vurğulayıb ki, bu işdən pul qazanmaq fikirləri yoxdur. Onlar üçün daha vacib olan insanların diqqətini öldürülən heyvanlara çəkməkdir.