Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Atletiko" (Madrid) klubunun qonağı olan "Çelsi" klubu daha bir itki ilə üzləşib. İlk hissədə qapıçı Peter Çexin xidmətindən məhrum olan London təmsilçisi fasilədən sonra kapitanını "itirib". Matçın 71-ci dəqiqəsində sol ayağından zədələnən Con Terri oyunu vaxtından əvvəl tərk etməli olub. İngilis futbolçunu Andre Şürle əvəzləyib. Terrinin hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil. Qeyd edək ki, "Atletiko" - "Çelsi" oyunu 0:0 hesabı ilə başa çatıb.