Kiçik qayıqları saya oturaraq qayalıqlara çırpılandan sonra okeanda naçar qalan insanların ümidi yalnız kiçik adadakı qumsallıq idi. Onlar qumsallığa iri hərflərlə SOS yazmışdılar.
Bəxtləri gətirdi, sahil mühafizəsinin helikopterləri bu yazını gördülər və bu binəvaları xilas etdilər.
Olay Avstraliyanın mərkəzindəki Kvinslend əyalətinin sahillərindən kənarda, qayalıq adada yaşanıb.
Üç kişi və iki qadın adanın girovuna çevrilmişdilər.
9 saat adada qalan adamları helikopterdən görüb, xilas ediblər.
Həmin şəxslərdən biri, Kesvik Aylendin sakini Lin Forbs-Smitin dediyinə görə, çox qorxmuşdular.
"Qumsallıqda SOS yazdıq ki, bəlkə, səmadan təyyarə və ya helikopterlə bizi görərək xilas edərlər. Tanrı dualarımızı eşitdi, qurtulduq", - Lin deyib.
Onun sözlərinə görə, qayıqlarının çırpıldığı qayalıq adada qum olmadığından onlar yaxınlıqdakı kiçik adaya üzüblər və SOS-u da orada yazıblar.