Türkiyənin tanınmış tv rəhbəri Acun İlıcalı “TV 8”i aldıqdan sonra izləyicilərinə sürpriz edərək TRT ilə Braziliyada gerçəkləşəcək Dünya kubokunun bəzi oyunlarını yayınlaya bilmək üçün razılaşma imzalamışdı.
Türkiyə mətbuatı xəbər verir ki, Acunun bu sürprizi baş tutmayıb. Belə ki, FİFA-nın razılaşmasında Dünya Kuboku oyununu göstərəcək kanalların HD yayım problemi var. “TV 8”in də HD yayıma çıxışı olmadığı üçün oyunları göstərə bilməyəcək.