Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu iyunun 14-də Dağüstü Parkda olublar.
Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu şəhərin mənzərəsini seyr ediblər.
Sonra Prezident İlham Əliyev Avropa Komissiyasının sədri Joze Manuel Barrozunu çay süfrəsinə dəvət edib.
Qeyd edək ki, aparılan yenidənqurma işləri nəticəsində Dağüstü Park paytaxt sakinləri və şəhərimizin qonaqları üçün ən sevimli istirahət məkanlarından birinə çevrilib.
Buradan paytaxtımıza və Bakı buxtasına gözəl mənzərə açılır.