Meydanda əcəli çatmış futbolçular – SİYAHI

5-03-2018, 21:26   






İtaliya millisinin futbolçusu, “Fiorentina” klubunun kapitanı Davide Astori 31 yaşında dünyasını dəyişib.

O, “Udineze” ilə səfər matçı üçün komandası ilə Udine şəhərinə gəlsə də, mehmanxanada gözlənilmədən halı pisləşərək vəfat edib.

Oxu.Az xəbər verir ki, futbolda meydançada ölən futbolçular da tarixən az olmayıb. Onlardan bir neçəsini təqdim edirik:

Di Cons (27 avqust 1902) –  “Mançester Siti”nin futbolçusu dizindən aldığı yaraya mikrob düşməsi nəticəsində dünyasını dəyişib.

Tomi Blekstok (8 aprel 1907) – “Mançester Yunayted”in “Seynt Helens” komandası ilə oyununda baş zərbəsindən sonra ölüb.

Bob Benson (19 fevral 1916) – “Arsenal”ın “Redinq”lə oyunundan sonra qan damarının partlaması nəticəsində vəfat edib.

Con Tomson (5 sentyabr 1931) – 22 yaşlı futbolçu dünyanın məşhur oyunlarından olan Şotlandiya derbisində həyatını tapşırıb. “Seltik”in futbolçusunun “Reyncers”lə derbi matçında rəqib oyunçu Sem İnqlş ilə toqquşmada kəllə sümüyü sınıb və o həmin gecə də həyatını itirib.

Pavau (16 dekabr 1973) – “Portu”nun futbolçusu çempionat oyunu vaxtı ürəktutmasından dünyasını dəyişib.

Renato Kuri (30 oktyabr 1977) – “Perucia”nın yarımmüdafiəçisi “Yuventus”la oyunun ikinci hissəsinin başlanmasından beş dəqiqə keçməmiş ürəyindən infarkt keçirib. Məhz bundan sonra “Perucia”Nın stadionu onun adına adlandırılmağa başlanıb.

Samuel Okvaraci (12 avqust 1989) – Nigeriya millisinin üzvü dünya çempionatının seçmə mərhələsində Anqola ilə oyundan sonra ölüb. Bədəninin yarılması nəticəsində müəyyənləşib ki, onda ürək genişlənməsi və yüksən qan təzyiqi olub.

Qabor Jiboraş (1 sentyabr 1993) – MTK klubunun qapıçısı Macarıstan millisinin məşqi zamanı komaya düşüb. Bir həftə sonra isə o ölüb.

Sergey Perxun (29 avqust 2001) – Moskva ÇSKA-sının qapıçısı “Anji”nin hücumçusu Budun Budunovla toqquşmada ciddi beyin zərbəsi alıb. Səkkiz gün sonra beyin qanaxmasından dünyasını dəyişib.

Mark-Vivyen Foe (26 iyun 2003) – Kamerun millisinin futbolçusu Fransanın Lion şəhərində keçirilən Konfederasiyalar Kubokunun yarımfinalında Kolumbiya ilə qarşılaşarkən matçın 72-ci dəqiqəsində yerə yıxılıb. O, xəstəxanaya aparılsa da, qısa müddətdən sonra ölüb. Maraqlıdır ki, “Bakı” klubunda da çalışmış Kamerun yığmasının ovaxtkı çalışdırıcısı Vinfrid Şefer Foeni yıxılmazdan öncə əvəzləmək istəsə də, o, oynamaq istədiyini bildirib.

Mikloş Feher (25 yanvar 2004) – Macarıstan millisində ilk rəsmi qolunu Tofiq Bəhramov adına Respublika stadionunda yığmamıza vurmuş bu futbolçu “Vitorya” ilə oyunda ölümlə üzləşib. Bunun üçün də “Benfika” klubunun rəhbərliyi, futbolçuları və məşhur baş məşqçisi Covanni Trapattoni mövsüm başa çatdıqdan sonra mərhumun ailəsinə baş çəkərək qızıl medalı valideynlərinə verib. 2009-cu ildə isə Macarıstan millisi Lissabonda seçmə oyun öncəsi “Benfika”nın stadionunda Feherin metal büstünün açılışını edib.

Maykl Umanika (15 avqust 2016) – Belə bir ölüm hadisəsi yaxın keçmişdə Azərbaycanda da baş verib. Belə ki, I divizionda çıxış edən “Zaqatala” klubunun nigeriyalı yarımmüdafiəçisi məşq zamanı yerə yıxılıb. Ona tibbi kömək göstərilməyə çalışılsa da, afrikalı oyunçunun həyatını xilas etmək mümkün olmayıb. O, ürək tutmasından dünyasını dəyişib.

[media=//www.youtube.com/watch?v=watch]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.