Rəqqasə Oksana Rəsulova aşıq Samirə Əliyevanın ünvanına sərt sözlər deyib.
Oksana, Samirənin “Fatiməyə söz atan qarşısında məni görəcək, cavabını özüm verəcəm” sözlərinə cavab verib.“Samirə heç vaxt mənim qarşıma çıxa bilməz. Çünki o, rəqqasə deyil” deyən Oksana, Fatimə Fətəliyeva və Samirənin özlərini şou-biznesin "Zita və Gitası” adlandırmasına da münasibət bildirib:“Bir Zita var, o da Hema Malinidir, Hindistandadır. Bizim şou-biznesdə Zita-Gita görmürəm, olması da mümkün deyil”.