Azərbaycan prezidenti İlham Əliyev Yunanıstana dövlət səfəri çərçivəsində xanımı Mehriban Əliyeva ilə birlikdə Afina Akropolunda olub.
Qeyd edək ki, Afina Akropolu “Yuxarı şəhər” mənasını verən və Afinanın rəmzi hesab olunur.
Akrapol Afinanın mərkəzində hündürlüyü 156 metrə çatan qayalıq meydançada yerləşir, dünya tarixinin və mədəniyyətinin şah əsərləri sırasında yer alır. Akropol 3 min illik tarixə malik memarlıq abidələri ilə zəngindir. Bura qədim Afinanın həm dövlət, həm də dini mərkəzi sayılıb.
Perikl zamanında Akropolun bərpası üçün xeyli vəsait ayrılıb, tikintiyə minlərlə insan cəlb edilib. Burda dünya memarlığının nadir inciləri olan Panteon, Afina və Erektion məbədləri də yerləşir. Həmçinin şəhərin hamisi ilahə Afinanın şərəfinə ucaldılmış Parfenon məbədi, Afinanın ticarət və mülki mərkəzi hesab olunan qədim Aqora da bu ərazidədir.
1980-ci ildən etibarən Akropolda mütəmadi bərpa işləri həyata keçirilir.