İspaniya yığması və "Barselona"nın yarımmüdafiəçisi Xavi Ernandes Qətərin "Əl Sədd" klubuna keçir.
Milli.Az As-a istinadən bildirir ki, bu barədə Qətər mediası xəbər verib.
Football Espana vurğulayır ki, 34 yaşlı havbek qətərlilərlə 2 illik müqavilə imzalamağa hazırlaşır.
"Barselona"nın baş məşqçisi Luis Enrike komandanın yarımmüdafiə xəttini yeniləmək niyyətindədir və bununla bağlı Xavi ilə də danışıb.
Marca bildirir ki, Xavi "Əl Sədd" ilə 2 illik anlaşma imzalayıb. Müqavilənin şərtlərinə görə, Xavi ildə 8,3 milyon avro maaş alacaq.
BeIN Sports-un məlumatına görə, "Əl Sədd"də Xavi "Nyukasl" və Fransa yığmasının yarımmüdafiəçisi Hatem ben Arfa ilə birlikdə oynayacaq.