Dünya çempionatında yeni rekord

16-06-2014, 13:28   
Dünya çempionatında yeni rekord
Dünya çempionatları tarixində yeni rekorda imza atılıb.

Bu, DÇ-2014-ün F qrupunda dünən keçirilmiş Argentina-Bosniya və Herseqovina matçında (2:1) baş verib.

Qarşılaşmanın 3-cü dəqiqəsində (144-cü saniyə) Bosniya və Herseqovina millisinin müdafiəçisi Sead Kolaşinaç öz qapısına qol vurub. Bu isə dünya çempionatları tarixinində ən erkən vurulan avtoqol olub.

Qeyd edək ki, bundan əvvəl 2006-ci ildə Paraqvay millisininin futbolçusu Karlos Qamarra İngiltərə ilə matçın 166-cı saniyəsində öz qapısına qol vurmuşdu.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.