Güclü yağış nəticəsində yaranmış daşqınlar və sel İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərində əhali üçün problemlər yaradıb. İranın MEHR agentliyi xəbər verir ki, daşqınlar nəticəsində bir sıra yeraltı keçidlər bağlanıb, tixaclar yaranıb və bəzi evlərə su dolub.